Xətai rayonunda 16 dekabr tarixində gənc oğlan bıçaqlanıb. Bu haqda APA xəbər verib.
Neapol küçəsi 43 ünvanında 26 yaşlı Fərman Əsədov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.