Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası baş tutacaq. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Tədbir 21 avqust saat 11:00-dan 13:00-a qədər Mərdəkan şosesində yerləşən “Bravo” superstorunda keçiriləcək.
Aksiyanın qaydalarına görə, hər bir şəxs ümumi tutumu minimum 15 litr olan müxtəlif plastik butulkaları gətirib, əvəzində ekoçanta götürə bilər.