Paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində qəzalı bina yoldan keçənləri təhlükə altına salır. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Şəhərin mərkəzində yerləşən köhnə tikili yarısökülmüş vəziyyətdədir. Binanın altından hər gün yüzlərlə sakin keçir.
“Heç bir hasar quraşdırılmayıb. Köhnə binadır. Küləkli havada daş, dəmir adamın başına düşə bilər”, - deyə vətəndaşlardan biri bildirib.
Rəsmi qurumların sözlərinə görə bina sökülməlidir, ancaq orada yaşamış 7 ailə, onlara verilən kompensasiyadan narazı olduqları üçün məhkəmə prosesi gedir.
Yaxın zamanlarda ərazidə təhlükəsizlik tədbirlərinin görüləcəyini də əlavə edilib.