Paytaxtın Yasamal rayonu, metropolitenin “İnşaatçılar” stansiyasının yaxınlığında xanıma zərbə vuran şəxs tutulub. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
29 yaşlı Əhməd Hüseynovun eyni əməli digər xanımlara qarşı törətdiyi də məlum olub. O, etdiklərini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bir müddət öncə qeyd olunan ərazidə naməlum şəxsin yolda gedən yeniyetməyə şapalaq vurduğunun videogörüntüləri yayılmışdır.