Yasamal rayonunun Mətbuat prospekti və A.M. Şərifzadə küçəsinin bir hissəsindən 20 yanvar dairəsi istiqamətində elektrik enerjisinin kəsilməsi nəticəsində bəzi işıqforların işləməməsi tıxaca səbəb olub. Bu barədə Bakuplus xəbər verir.
Bir saat ərzində həmin ərazidə yerləşən yaşayış binalarında da həmçinin işıqlar kəsilmişdir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunaraq təmir-bərpa işləri aparılıb. Xəttdə baş vermiş qəza aradan qaldırılıb, işıqfor və binalara işığın verilməsi bərpa edilib.