Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində kombi oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 4 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ucar rayon sakini Nizar Qədirli müxtəlif vaxtlar qeyd olunan qəsəbədə yerləşən 11 evdən kombi aparatlarını oğurlamaqda şübhəli bilinir. O, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktla bağlı araşdırma davam edir.
Bundan əvvəl, 2 noyabr tarixində eyniadlı rayonda yerləşən evlərin birindən oğurluq edən Cəlilabad rayon sakini saxlanılmışdır.
[caption id="attachment_12844" align="alignnone" width="896"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsi[/caption]