top
Həftəlik bürclər 27 MART - 2 APREL
26 mart 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 27 MART - 2 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Qoçlar, hazır olun! Bu həftə həyatınız həmişəkindən daha rəngarəng olacaq. Karyera yüksəlişinizi əhəmiyyətli dərəcədə sürətləndirəcək bir neçə mənbə tapacaqsınız. Yeni tanışlıqlar və iş ortaqları arasında həyatınızın ikinci yarısını da tapmaq şansınız olacaq: ürəyinizə qulaq asın, o, doğru insanı göstərəcək. Həftəsonu dostlarınıza görə kefiniz pozula bilər: yalanlar üzə çıxacaq. Uğurlu günləriniz 27, 31 mart, uğursuz gününüz isə 1 apreldir.

BUĞA bürcü


Buğalar, bütün gücünüzü işə sərf edin! Bu həftə ulduzlar sizə karyera yüksəlişi və arzularınızın yerinə yetəcəyini vəd edir. Təbii ki, bu, yalnız sizdən asılı olacaq, necə deyərlər, “nə əksən, onu biçəcəksən”. Bu ərəfələrdə kiminsə problemini həll etməyə çalışmayın, özünüzü tam öz problemlərinizə (hətta ən kiçiklərinə də) həsr edin. Əgər çoxdandır karyera yüksəlişi gözləyirsinizsə, mütləq rəhbərliklə danışın: sizə yeni vəzifə verə bilərlər. Uğurlu günləriniz 30 mart, 2 aprel, uğursuz gününüz isə 29 martdır.

ƏKİZLƏR bürcü


Əkizlər bu həftə diqqətli olmalıdırlar: oğrular sizi təqib edəcəklər. Bundan əlavə, evli Əkizlər onu yoldan çıxarmaq istəyən bir nəfəri həyatından uzaqlaşdırmalıdırlar. Əks halda sevgi münasibətinizdə qırılma baş verəcək. Həftəsonunu istirahətə sərf etmək məsləhət görülür: stresdən uzaq olmağa çalışın. Maaş artımı və ya bonuslar gözlənilir: o pulları investisiyaya buraxın, sonda kapitalınız xeyli artacaq. Uğurlu günləriniz 27, 28 mart, uğursuz gününüz isə 31 martdır.

XƏRÇƏNG bürcü


Xərçəng bürcünün nümayəndələri bu həftə sağlamlıqlarına diqqət yetirməli, əsəb sistemlərini qorumalıdırlar. Sevimli xərçənglər, biri sizi bezdirmək istəyir, amma buna nail olmayacaq: sakit olun və inamla işinizlə məşğul olun. Ulduzlar uzun müddətdir gözlədiyiniz cavabı tezliklə alacağınızı proqnozlaşdırır. Həftəiçi gözləmədiyiniz insanlar sizi şoka sala bilərlər: lazımsız insanlara güvəndiyiniz və sirlərinizi açdığınız üçün peşman olacaqsınız. Müdiriyyətdən maaş artımı tələb etmək vaxtıdır: “yox” cavabı almayacaqsınız. Uğurlu günləriniz 30 mart, 1 aprel, uğursuz gününüz isə 28 martdır.

ŞİR bürcü


Bu həftə yaxınlarınıza diqqət yetirin: soyuq münasibət sizi sonda konfliktə doğru aparacaq. Həftəiçi vaxt tapıb dil, İT kurslarına yazılın: gələcəkdə gəlirli işə düzəlmək şansınız olacaq. Subay Şir səyahətə çıxmaq imkanı əldə edəcək və orada ikinci yarısı ilə qarşılaşacaq. Həftəsonu maaş alacaqsınız, lakin bir gündə onu xərcləyə bilərsiniz: lazımsız yeyib-içməyə, istirahətə pullar sərf edə bilərsiniz. Ümumiyyətlə, bu ərəfələrdə pullarınızı yığın, bədxərc olmayın. Uğurlu günləriniz 31 mart, 2 aprel, uğursuz gününüz isə 30 martdır.

QIZ bürcü


Bu həftə hər kəsə qayğı göstərməyi dayandırın: özünüzə diqqət yetirin! Məzuniyyətə çıxın və bol-bol istirahət edin. İstirahət vaxtı yeni tanışlıqlar əldə edəcəksiniz. Həftəiçi diqqətsizliyinizin nəticəsində özünüzə xəsarət yetirə və ya pulunuzu itirə bilərsiniz. Sevgilinizdən kiçik, lakin böyük həyəcan bəxş edəcək sürpriz gözləyin. Həftəsonu tənqidə məruz qala bilərsiniz: danışıq və hərəkətlərinizə, xüsusən də kimin yanınızda olmasına diqqət yetirin. Uğurlu günləriniz 1, 2 aprel, uğursuz gününüz isə 27 martdır.

TƏRƏZİ bürcü


Hər xırda şeylərə hirslənməyin, mənfi emosiyaların sizi ələ keçirməsinə imkan verməyin, yalnız müsbət fikirlərlə qidalanın. Həftəiçi dostlarla bir layihəyə başlaya bilərsiniz: uğur sizin yanınızda olacaq. Yaxın dostunuzun xoşbəxt olmağına kömək olacaqsınız, onun “bəxtini açacaqsınız”. Tale sizə sürprizlər hazırlayıb: həftənin sonundan xoş günlər başlayacaq. Həyatınızda toksik bir insan var: sizin uğurunuz onu dəli edir. Yaxın günlərdə həmin insanı ifşa edəcəksiniz,amma bir problem var: gözləmədiyiniz insan olduğu üçün pis ola bilərsiniz. Uğurlu günləriniz 27, 31 mart, uğursuz gününüz isə 1 apreldir.

ƏQRƏB bürcü


Uğur bütün həftə Əqrəbi izləyəcək! Hər yeni layihə, hər bir ideya başgicəlləndirici müvəffəqiyyətlə sonlanacaq. Sevgi cəbhəsində xoş dəyişikliklər baş verəcək: xoşunuza gələn bir nəfər sizə sevgi etirafı edə bilər. Maaş artımı və yeni perspektivli layihələrə hazır olun: nəhayət ki, maddi sıxıntılarınıza “yox” deyəcəksiniz. Uğurlu günləriniz 28 mart, 2 aprel, uğursuz gününüz isə 30 martdır.

OXATAN bürcü


Bu həftə Oxatan qıcıqlanma və emosiyalarda qəfil dəyişikliklər yaşayacaq: bu, həmkarlarla, rəhbərlə və yaxınlarınızla münasibətlərə mənfi təsir göstərə bilər. Həftə boyu qaçaqaçda olacaqsınız, lakin sonda əziyyətinizin bəhrəsini görəcəksiniz. Ev almaq istəyənlər axır ki, arzularına çatacaqlar: qarşınıza sərfəli qiymətə mənzil çıxacaq. Həftəsonu xaricdən sizə xoş xəbərlər gələ bilər. Uğurlu günləriniz 31 mart, 1 aprel, uğursuz gününüz isə 2 apreldir.

OĞLAQ bürcü


Bu həftə Oğlağın istənilən cəhdi böyük uğurla başa çatacaq. Başqalarına tamamilə çılğın, real görünməyən bir layihəyə başlamaq istəyirsiniz?- İrəli! Bütün tənqidçilər və sizə inanmayanlar həftənin sonunda paxıllıqdan “dodaq gəmirəcəklər”. Sevgilinizlə münasibət korlana bilər: ona qısqanmaq üçün səbəb verməyin. Həftəsonu cibiniz pulla dolacaq: bahalı həyat yaşamaqdan qorxmayın. Uğurlu günləriniz 30, 31 mart, uğursuz gününüz isə 29 martdır.

DOLÇA bürcü


Dolçaları çox uğurlu həftə gözləyir! Rəhbərlik sizi maaş artımı ilə və ya xaricə səyahət xəbəri ilə sevindirəcək. Sevgi cəbhəsində isə sizi bir həftə sınaqlar gözləyir: duyğularınızı idarə etməyin və susmağın çətin olduğu vəziyyətlərlə qarşılaşacaqsınız. Sevdiyiniz insanla aranızda münaqişə yarandığını hiss edən kimi geri çəkilin. Köhnə iş yoldaşınızla görüşünüz baş tuta bilər: ondan sizə sərf edəcək təklif gözləyin. Uğurlu günləriniz 28, 31 mart, uğursuz gününüz isə 30 martdır.

BALIQLAR bürcü


Bu həftə Balıqlar üçün təxirə salınmış məsələləri həll etməyin ideal vaxtıdır. Özünüzə vaxt ayırın, bəsdir səhərdən axşama kimi işlədiniz! Həyatın dadını çıxarmaq vaxtıdır: bütün problemləri, qayğıları kənara qoyun. Həftəiçi sevgi üçbucağına girmək riski var: bu, yaxşı heç nə vəd etməyəcək. Unutmayın: ulduzlar sizin ikinci yarınızı vaxtı gələndə qarşınıza çıxaracaq. Uğurlu günləriniz 28, 30 mart, uğursuz gününüz isə 2 apreldir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Oxşar xəbərlər