Paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarında içməli su olmayacaq. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Su təchizatında məhdudiyyətlər güclü yağışlar nəticəsində Kür çayının bulanıqlığının kəskin artması ilə bağlıdır. Bununla bağlı Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.
Məhdudiyyətlər, həmçinin Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trası boyu yerləşən kəndləri əhatə edəcək.