top
Bakı İcra Hakimiyyəti 3 milyon ton zibili yığa bilməyib
21 fevral 2025, 05:38
- ↺ +

Bakı İcra Hakimiyyəti 3 milyon ton zibili yığa bilməyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda toplanan 3 milyon tona yaxın tullantının “Təmiz Şəhər” ASC-yə təhvil verilməsini təmin edə bilməyib. Nəticədə qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasını artırıb.

Azpostinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2021-2023-cü illərdə “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinə dair” açıqlanmış auditində deyilir.

Hesabatda deyilir ki, 2021-2023-cü illərdə təmin edilmiş yığımları dəfələrlə üstələməklə auditlə əhatə edilmiş respublikanın 10 şəhər və rayonu üzrə ümumilikdə 100 milyon manatdan çox potensial reallaşdırılmayıb.

Bakı şəhəri üzrə müvafiq qurumların zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş müvafiq tullantı həcmlərinə görə “Təmiz Şəhər”ə auditlə əhatə olunan dövrün sonuna 21,3 milyon manat kreditor borcları yaranıb. Maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.

Toplanmış sübutlar auditlə əhatə olunan dövrdə Bakı şəhərinin 11 rayon (Qaradağ rayonu istisna olmaqla) mənzil-kommunal təsərrüfatı birlikləri və bu kimi digər qurumları tərəfindən “Təmiz Şəhər”ə təhvil verilmiş müvafiq tullantıların miqdarı Bakı şəhəri üzrə yığılmış ümumi məişət tullantılarının 42,5%-nə bərabər olub.

Nəticə etibarı ilə 2935,2 min tona yaxın tullantıların ASC-yə təhvil verilməsi Bakı ŞİH xətti ilə təmin edilməyib. Məişət tullantılarının yığılması və zərərsizləşdirməsi işi səmərəsiz təşkil edilib.

Bu da qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasının nə dərəcədə yüksək olduğunu göstərir.

Bakı ŞİH-nin 03.10.2013-cü il tarixli sərəncamı ilə Şüvəlan qəsəbəsində köhnə daş karxanasının yaxınlığındakı 2,9 hektar torpaq sahəsinin ötürücü məntəqə və çeşidləmə xəttinin qurulması üçün “Təmiz Şəhər”in daimi istifadəsinə verilməsi və layihə-smeta sənədlərinin hazırlanması işləri”nın satınalınması İlə bağlı 292,6 min manat məbləğində müqavilə bağlanıb.

Lakin BŞİH (07.03.2023-cü il tarixli məktubla) sözügedən layihə üçün digər sahəni təklif edib. Bu da təhlükəsiz tullantıların Bakı şəhəri üzrə zərərsizləşdirmə infrastrukturunun genişləndirilməsinin yubadılması ilə yanaşı dövlət vəsaitinin səmərəsiz xərclənməsinə səbəb olub.

“Təmiz Şəhər” tərəfindən təhlükəli tullantılar poliqonunun yerli və beynəlxalq standartlara uyğun layihə-smetası hazırlanmasından sonra ETSN tərəfindən (11.09.2023-cü il tarixli məktubla) Böyükşor gölünün mühafizə zonasında Təhlükəli Tullantılar Poliqonunun tikintisinin məqsədəuyğun olmadığı bildirilib. Alternativ variantların nəzərdən keçirilməsi təklif edilib. Bu da müvafiq tullantıların Bakı şəhəri üzrə zərərsizləşdirmə infrastrukturunun genişləndirilməsinin yubadılması ilə yanaşı ümumilikdə 669,1 min manat məbləğində dövlət vəsaitinin də səmərəsiz xərclənməsinə gətirib çıxarıb.

Hesabatda deyilir ki, “Təmiz Şəhər” tərəfindən təhlükəli tullantıların zərərsizləşdirilməsi fəaliyyətinin həyata keçirilməsi müvafiq qaydada razılaşdırılmadan “Təhlükəli tibbi tullantılarının sterilizasiyası avadanlığının alınması” predmeti üzrə 1,5 milyon manat məbləğində satınalma müqaviləsinin bağlanılmasına yol verilib. İcra olunmuş ödənişin müqabilində 2 ədəd təhlükəli tibbi tullantıların sterilizasiyası avadanlığının alınmasına baxmayaraq quraşdırılması təmin edilməyib. Bu da dövlət vəsaitlərinin hüquqi mandata uyğun olmayan istiqamətlərdə səmərəsiz və nəticəsiz xərclənməsi deməkdir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər