Binəqədi rayonunda piyadaların hərəkəti üçün şərait qənaətbəxş deyil. Bu haqda 30 mart tarixində Bakuplus.az-a məlumat daxil olub.
Avtovağzalın yanında piyadaların hərəkət etməsi üçün səki yoxdur. Nəticədə piyadalar məcbur olub avtomobil yoluna çıxır və həyatlarını təhlükə qarşısında qoyurlar. Yaxınlıqdakı piyada keçidinə getmək üçün vətəndaşlar magistral yola çıxırlar.
Sakinlər bildirir ki, Avtovağzal ərazisində müasir yolun çəkilməsinə sevinirlər, amma piyadalar üçün səkinin olmaması onları məyus edir.
[URIS id=38699]