Bakı sakini elektrik mühərriklə işləyən yeni 65 nömrəli avtobusdan şikayətçidir.
Bakuplus.az-a müraciət edən şikayətçi avtobusların istilik sisteminin işləmədiyini bildirib:
“Elektrik avtobusunda donuruq. İçəri çox soyuq olur”.
Həmçinin redaksiyamıza həmin nəqliyyat vasitəsindən videogörüntü göndərilib. Görüntülərdə avtobusun qapısının sıradan çıxdığı üçün Azneft meydanı istiqamətində qapısı açıq şəkildə hərəkət etdiyi görünür.
Qeyd edək ki, elektrik avtobusunun daxili yanma mühərriki olmadığına görə salon əlavə qurğu vasitəsilə isidilir. Bu halda isə elektrik enerjisinin sərfiyyatı əhəmiyyətli dərəcədə artır.
Görüntüləri təqdim edirik: