Nəsimi və Yasamal rayonlarında sakinlər zibilləri ağacların dibinə atırlar. Bu haqda 29 avqust tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən xəbər verir.
Zibilin ağacların dibinə yığılması faktları şəhərin mərkəzi küçələrinə qədər yayılıb. İzləyicilərin göndərdiyi şəkillərdən görünür ki, bu hallar Nizami küçəsində, Daxili İşlər Nazirliyinin yanında, "Bizim kündə" mağazasının qarşısında yaşanır. Yaxında onlarla zibil qabı olsa da, məişət tullantıları yerə və ağacın dibinə atılır.
Sakinlər deyirlər ki, onlar bunu edənin kim olduğunu bilmirlər - ərazidə yerləşən obyekt işçiləri, yerli sakinlər, yoxsa yoldan keçən piyadalar?
[caption id="attachment_66555" align="alignnone" width="800"]
Foto Baki Gundeliyi Facebook səhifəsi[/caption]