top
Kişilərdə niyə qadın  xüsusiyyətləri yaranır? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA
20 fevral 2025, 05:58
- ↺ +

Kişilərdə niyə qadın  xüsusiyyətləri yaranır? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrdə belə fikirlər səslənir ki, kişilər zəifləyib, ailədə də rolları sanki azalıb. Hətta yaşlı insanlar belə deyirlər ki, indiki kişilər ovaxtkı kimi deyil.

Bəs, görəsən, bu nə ilə əlaqəlidir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə, əvvəlki uşaqları böyütmək tərzimiz ilə indiki bir deyil:

“Əvvəllər valideynlər uşağın üzərinə məsuliyyət qoyurdu. İndiki valideynlər isə ümumiyyətlə uşaq dünyaya gətirmir. Soruşanda da deyirlər ki, uşağı oxutdurmaq, boya-başa çatdırmaq var. Valideynlər hər şeyi övladlarının əvəzindən edirlər. Sovetlər dönəmində insanlar övlad dünyaya gətirirdilər ki, uşaq ona arxa-dayaq olsun, valideyni daha yaxşı yaşatsın.

Biz öz ailəmizdən də görürdük ki, qızın cehizini qardaşı verib. Oğlan uşaqları həm oxuyub, həm işləyib, həm də ailəsinə dəstək olurdu. Əsil kişi kimi böyüyürdü. Bütün məsuliyyət gəncin üzərində idi. Amma indi valideynlər övladlarına ibtidai sinifdən sürücü tutur. Uşaqlara öz çantasını daşımağa da  imkan vermirlər. Bir çantasını daşıya bilməyən uşaq ailəsini də daşıya bilməz”.

G.Orucov qeyd edib ki, indiki bəzi kişilər daha küsəyən olublar:

“Ailə, mühit və yediyimiz qidalar səhhətimizə, hormonal problemlər yaranmasına səbəb olur. Yeniyetmələrin, gənclərin və uşaqların sosial şəbəkədə izlədikləri populyar tiktokerlərdir. Gənclər zənn edirlər ki, avropalaşırlar. Avropalaşmaq bu deyil. İndiki bəzi kişilər daha çox küsəyən, nazlı-qəmzəli olublar. Bu isə heç də yaxşı deyil”.

Psixoloq-seksoloq, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Təhmasib Cavadzadə qeyd edib ki, kişilərin rolunun zəifləməsi dünya miqyasında baş verən haldır:

“Bu həm hormonal, həm də sosial problemdir. Qidalanmanın, yaşayış tərzimizin, sosial mühitdə məlumatların çoxalması da təsir edir. Qadınlar həddindən artıq güclənir. Kişilərin mövqeyini zəiflətmək üçün qadınları gücləndirirlər. Bununla da kişiləri qadınlara tabe edirlər. Cinslər arasında heç bir fərq olmadığını yayırlar. Bunlar təbii ki, rol oynayır. Bir neçə yüz il sonra kişilər çox dəyişəcəklər”.

“Türklərin tarixinə diqqət etsək, görərik ki, qadın və kişi bərabər olub. Avropa və ərəb tarixinə baxanda isə qadınların çox zəif olduğunu görürük. Vikinqlərin tarixində qadınlar da, kişilər də güclü olublar. İndiki dövrdə də qadınlar artıq dərəcədə güclüdürlər. Kişilər zəifləyir. Cinsi rol insanın öz əlində deyil. Kişinin maskulanlıq yoxdursa, deməli homoseksualdır. Homoseksuallar içərisində də həddindən artıq maskulanlığı olan kişi var. Həmin cinsi rol kişilərin seçdiyi peşələrinə də təsir edir. Bu, hormonların düzülüşündən asılıdır. Hormonal balansın tənzimlənməsi, cəmiyyətdə verilən məlumatlar və təbliğlər təsir edir. Bu isə kişilərin incəlməsinə və özlərini daha zərif aparmalarına gətirib çıxarır”, - deyə T.Cavadzadə əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər