top
Meyxanaçıların istəyi qalmaqal yaratdı – “...sünnətçi dəlləyi də qəbul etmək olar”
07 mart 2025, 03:38
- ↺ +

Meyxanaçıların istəyi qalmaqal yaratdı – “...sünnətçi dəlləyi də qəbul etmək olar”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi meyxanaçıların (Rüfət Nasosnu, Ağamirzə və s.) Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəmələri birmənalı qarşılanmayıb. AYB sədri, xalq yazıçısı Anar Rzayev açıqlamasında deyib ki, meyxanaçılar AYB-yə üzv olmaq istəyirlərsə, təşkilatın nizamnaməsi ilə tanış olub, ərizə verməlidirlər.

“Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”.

Globalinfo.az-a danışan yazıçı Pərviz Cəbrayıl bildirib ki, müğənni Elza Seyidcahanı AYB-yə üzv qəbul edən, meyxanaçıları da edər:

“Lap başdan baxanda deyirsən, Elza Seyidcahanın üzv qəbul edildiyi quruma nəinki meyxanaçıları, hətta istəyi olduğu halda sünnətçi dəlləyi də qəbul etmək olar. Əsas odur ki, istəyir. Nizamnaməni qəbul eləsin, vəssalam. Qəşəng qadın, ya yeyib-içən, əli cibində oğlandırsa, niyə də olmasın? Bijuteriya kimi bir şey. Ayrı bir rakursdan baxanda, demək ki, bu istəyə düşən meyxanaçının meyxanadan xəbəri yoxdur. Andeqraund sənət nümayəndəsinin özünü rəsmi bir yerə pərçim etmək istəməsi nə deməkdir? Sənin yerin sözünü deməli olduğun xalqın içindədir, qarşına nizamnamə, proqram, öhdəlik qoyan bir quruma üzv olmaq yox! Elə bil cinayət aləminin adamı gəlir, deyir, mən poqon daşımaq istəyirəm, arzum budur ki, vəsiqəm olsun və s. Ya elə bil pionerə, komsomola keçmək istəyirlər. Nə bilim, o qədər “elə bil” var ki!

Başqa bir bucaqdan baxanda, sovet dövründə “Volqa”lara ancaq raykom katibləri minirdi. Bu, bir kolxozçu, bir çoban üçün əlçatmaz şey idi. Sovet dağıldı, kolxozçu balaları Rusiyaya gedib etil spirtindən araq çəkib pul içində üzməyə başlayanda, həmin o keçmiş raykomlar Amerika “CİP”i minəndə, bunlar o uşaqlıq xəyallarını gerçəkləşdirmək üçün birinci QAZ-24, QAZ-31 aldılar. AYB vəsiqəsi də elə bir şeydir. Özünü katib kimi hiss eləmək. Yəni Anarın “Evləri köndələn yar”ında bazarkomun dediyi kimi: “Belə “nastoyaşşi” şair (professor) kimi”.

Pərviz Cəbrayılın fikrincə, onlara sadəcə, AYB bileti lazımdır:

“Ad-sandı, şan-şöhrətdir də, camaat deyəcək, bu elə-belə, sıravi meyxanaçı deyil e, hətta cibində AYB-nin partbileti də var. Bir var toya xalq artisti poqonuyla gedəsən, bir də var təmiz, ulduzsuz poqonla. Bu da elə… Üstəlik, yüksək çinli təqaüd-filan, Anar kimi dahi yazıçı ilə bir məclisdə yanaşı oturmaq da var!

– Ağa, hardan gəlirsən?

– Heç, Anar müəllimlə vururduq…

– Ağa, hara gedirsən?

– Çingiz Abdullayevlə orucaçdıya…

Nə bilim, yenə deyirəm, Elzadan nələri əskikdir? Onlara da sənədli-sübutlu, rəsmi şair, yazıçı desələr, dünya dağılmaz a. Onsuz da ciddi nəsə qalmayıb”.

Son xəbərlər

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Oxşar xəbərlər