Müğənni Nadir Qafarzadə övladlarının şəxsi seçimlərinə hörmətlə yanaşdığını deyib.
Bakuplus.az xəbər verir ki, ifaçı bu barədə televiziya verilişlərinin birində danışıb.
Onun sözlərinə görə, əsas məqam övladlarının seçdiyi şəxsin ədəb-ərkanlı olmasıdır:
“Mən öz seçimimi 32 il əvvəl etmişəm. Bu onların seçimi və həyatıdır. Özləri yaşayacaq. Ona görə də necə istəyirlərsə, elə də seçim etsinlər. Ancaq ədəb-ərkanlı olsun. Biz dağlıların, bakılıların bir şeyi var ki, abır-həya yerində olmalıdır”.
Nadir Qafarzadə həmçinin gəlinin maştağalı olduğunu da qeyd edib.