Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qanunsuz quraşdırılmış hasarların sökülməsinə başlanılıb. Bu haqda bu gün, 24 avqust tarixində Caliber.az məlumat verib.
Verilən məlumata görə, 54, 114 və 116 saylı binaların həyətində yerli sakinlər tərəfindən qanunsuz olaraq quraşdırılmış hasarlar sökülür.
Eyni zamanda ərazi zibillərdən təmizlənərək abadlaşdırılır.
[URIS id=64541]