Bakının Səbail və Xəzər Rayon İcra Hakimiyyətinin başçıları səyyar qəbul keçiriblər. Bu haqda 24 avqust tarixində Səbail RİH və Xəzər RİH məlumat verib.
Səbail rayonunun icra başçısı Vüqar Zeynalov Bayıl yaşayış massivində, A.Məmmədov küçəsində keçirilən görüşdə sakinlərin müraciətlərini dinləyib. Görüşdə sakinlər məhəllədaxili yollara yeni asfalt örtüyünün çəkilməsi, küçələrin işıqlandırılması, kanalizasiya xətlərinin təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərlə bağlı müraciətlər ediblər.
Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Qəbullarda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müraciətlərlə bağlı müvafiq tapşırıqlar verilib.
[URIS id=65617]