top
Sevgililər günü ərəfəsində gül bazarı: “1001 qızılgül alan da var” - REPORTAJ
13 fevral 2025, 06:08
- ↺ +

Sevgililər günü ərəfəsində gül bazarı: “1001 qızılgül alan da var” - REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah 14 fevral - Müqəddəs Valentin və ya Sevgililər günüdür. Dünyanın bir çox ölkəsi kimi Azərbaycanda da bu günü qeyd edənlər var. Bu günün sevən bir gəncə neçəyə başa gələcəyini öyrənmək üçün və ən çox təqdim edilən və sevilən hədiyyənin gül olduğunu nəzərə alaraq, Bakuplus.az-ın əməkdaşı paytaxtda yerləşən bir neçə gül dükanına baş çəkib.

İlk daxil olduğumuz dükanda səssizlikdir. Bir-birindən gözəl gül dəstələri hazırlanaraq sıraya düzülüb. Lakin hələ ki, müştəri qıtlığı müşahidə olunur.

Məyus halda bu dükandan ayrılıb, digərinə daxil oluruq. Burada sıxlıq müşahidə olunur. Hətta əlamətdar gün ilə əlaqədar simvolik buketlər də hazırlanıb. Satıcılar gül qiymətlərinin sabit qaldığını, alıcı itirməmək üçün sabah da qiymətləri dəyişdirməyəcəklərini deyirlər.

Digər gül salonunun birində 14 fevral ilə əlaqədar gül alanların sayında artım müşahidə olunduğunu dedilər. Satıcıların sözlərinə görə, dünyanın hər yerində olduğu kimi bizdə də demək olar ki, eyni hədiyyələr alınır. Cütlüklər bu bayramda gülə daha çox üstünlük verirlər.

Gül salonlarında ürəyiniz istədiyi rəngdə cürbəcür güllər var, qiymətləri də fərqlənir. Belə ki, qızılgül dörd-beş, zanbaq üç, liliya on beş manatadır.

Qızılgüldən hazırlanan orta ölçüdə buketlər 130-150, kiçik ölçüdə olanı isə 65 manatadır. Səbətdə hazırlanan gül buketi 140, qutudakı güllər isə 80 manatadır. Satıcı qiymətlərin gülün növünə və sayına görə dəyişdiyini qeyd edir. Deyir ki, qızılgüldən hazırlanan gül dəstəsi daha baha başa gəlir. Zanbaq buketinin qiyməti isə 40-50 manatdır.

Hədiyyə ancaq oyuncaq ayılardır. Onların da qiyməti 80 manata qədərdir.

Satıcılardan biri bildirir ki, müxtəlif rəngə boyanan, bərbəzəkli hazırlanan və qeyri-adi üslubda dizayn edilən güllərə maraq daha çoxdur: “İndi böyük güllərə tələbat artıb. 101, 200, hətta 1001 qızılgül alan var”.

Bəzi alıcılar qiymətlərin baha olduğundan şikayətlənir. Satıcılar da alıcı azlığını dilə gətirir...

Hər zaman sevin və sevilin...

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər