top
Sulutəpə sakinləri yollardan və antisanitariyadan narazıdır: qurumlar açıqlama verib
12 aprel 2022, 01:40
- ↺ +

Sulutəpə sakinləri yollardan və antisanitariyadan narazıdır: qurumlar açıqlama verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Binəqədi rayonu Sulutəpə qəsəbəsində sakinlər yaradılmış kommunal və yol vəziyyətindən narazıdır. Bu haqda bu gün, 12 aprel tarixində Real TV reportaj hazırlayıb.

Eni təqribən 40 sm olan dar yoldan ərazidə yaşayan sakinlər illərdir ki, gediş gəliş üçün istifadə edirlər. Həmin yolla hər gün təxminən 500 uşaq məktəbə, hazırlığa gedir. Yağıntı olan günlərdə isə yol keçirməz olur.

Sakinlər deyir ki, dar yoldan istifadə etmələrinə səbəb məhəllələrindən keçən kanalizasiya xəttinin yararsız vəziyyətdə olmasıdır. Xəttin ərazidən keçən hissəsinin üstü açıq olduğundan, borularda suyun miqdarı artan zaman tullantı suları həyətlərə, evlərin zirzəmisinə dolur. Beləcə üfunət qoxulu sular yolları keçilməz etdiyindən, sakinlər evdən çölə çıxmaq üçün rezin çəkmədən istifadə etməli olurlar.

Üfunət qoxan kanalizasiya suları bir tərəfdən, ətrafa atılan zibillər isə digər tərəfdən ətrafda antisanitar vəziyyət  yaradır. Qonşular deyir ki, atılan zibillərə itlər yığışır ki, onlar da məktəbə, hazırlığa gedən uşaqlara hücum edirlər.

Sözügedən ünvanda yaşayan sakinlərin problemləri  ilə bağlı əvvəlcə Binəqədi rayon Sukanal İdarəsinin nümayəndəsi bildirib ki, Sulutəpə qəsəbəsi 2-ci Dəyirman küçəsi, döngə 2 ünvanından keçən kanalizasiya xətti yenidən çəkilməlidir. Bununla bağlı aidiyyəti qurumlara rəsmi müraciət də olunub.

Sulutəpə qəsəbəsindəki 2-ci Dəyirman küçəsi, döngə 2 ünvanına yaxın ərazidə yerləşən dalanlardan zibil tullantılarının təmizlənməməsinə gəlincə, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirildi ki, bələdiyyələrə edilən müraciətlər əsasında ərazilərə zibil qabları qoyulur.

Yollar dar olduğundan bəzi ərazilərdə zibil qablarının quraşdırılması mümkün deyil. Buna görə də konteynerlər zibil maşınlarının sərbəst hərəkət edə biləcəyi, bir qədər aralı yerlərdə quraşdırılır. Sakinlər uzağa getmək əvəzinə zibilləri yolun kənarına ataraq antisanitar mühit yaradır ki, bu da xoşagəlməz vəziyyətə gətirib çıxarır. Həmçinin zibil qablarının yaşayış binalarına yaxın yerləşdirilməsi üçün yoxlamalar aparılacaq. Zibillərin yaxın vaxtlarda çıxarılacağı da bildirilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər