top
Təhsil ocaqlarında kişi müəllimlərinin sayı niyə azdır? – ÖZƏL AÇIQLAMA
17 fevral 2025, 09:00
- ↺ +

Təhsil ocaqlarında kişi müəllimlərinin sayı niyə azdır? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illər təhsil sahəsində kişi müəllimlərin sayı xeyli azalıb. Müasir dövrdə peşələr arasında gender bərabərsizliyi daha da dərinləşməkdədir. Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır. Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir. Gender fərqinə baxanda görürük ki, arada say fərqi çox yüksəkdir. Hazırda kişi müəllimlərin sayının artırması üçün hansısa mexanizm tətbiq olunmur.

Bəs, görəsən, belə vəziyyətin əsas səbəbi nədir? Problemi necə həll etmək olar?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, bu gün orta məktəblərdə kişilərin sayının qadınlardan daha az olması bir reallıqdır:

“Bu nəinki orta məktəblərdə, universitetlərdə və elmi sahələrdə də belədir. Getdikcə oğlanların oxumağa, araşdırmağa həvəsi daha da azalır, qızların isə artır. Biz bunu açıq-aydın müşahidə edirik. Bunun müxtəlif səbəbləri var.

İlk səbəblərdən biri də odur ki, kişilər daha çox can atırlar ki, yüksək maaşlı işlərdə -  banklar və digər sektorlarda çalışsınlar. Müəllim kimi fəaliyyət göstərməyə meyl azdır. Bu cür məsələlər ilə bağlı geniş araşdırmalar aparılmalıdır. Ondan sonra daha dəqiq qənaətə gələ bilərik. Bu amilin rolu böyükdür. Yəni oğlanlar evin yükünü daşıdıqlarına görə daha yüksək maaşlı işlərə meyl göstərirlər. Müəllimlərimizin də getdikcə maaşı artır. Hesab edirəm ki, maaş artdıqca kişilərin də yenidən bu sahəyə meyl göstərdiyinin şahidi olacağıq. Bunun üçün zaman lazımdır”.

Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, bu, təhsil sistemində ciddi problemlərdən biri sayıla bilər:

“Müstəqilliyin ilk illərindən başlayaraq kişi müəllimlərinin sayı məktəblərdə azalmağa başladı. Hazırda 150 min müəllim heyətinin kişi müəllimlərinin sayı 20-25 min arasıdır. Ümumi müəllim sayının 15 faizini kişilər təşkil edir.

Sovet dövründə də sayı az idi. Amma bu qədər deyildi. Ən azı ümumi sayın 30 faizini təşkil edirdi. Burada bir neçə səbəb var. Əsas səbəb iqtisadiyyatdır. Kişilər ailə başçısıdır və onların qayğıları daha çoxdur. Daha çox gəlir gətirən sahələrdə fəaliyyət göstərmək istəyirlər. Etiraf etmək lazımdır ki, müəllimlik peşəsindən əldə edilən qazanc digər sahələrə nisbətən daha azdır”.

“Pedaqoji fakültədə qız tələbələr daha çox təhsil alır. Əməkhaqqı artırılmaldır. Son illər MİQ imtahanlarına diqqət etsək, kişi müəllimlərin sayı çoxdur. Bu da əməkhaqqının sertifikasiyadan sonra yüksəlməsi ilə əlaqəlidir.

Əməkhaqqı bir qədər də artırılmalıdır. Müəyyən dəstək mexanizmi olmalıdır. Dərs saatlarının vaxtı da artırıla bilər. Bədən tərbiyəsi və gənclərin hərbi çağırış fənlərini mütləq kişi müəllimlər tədris etməlidirlər. Dərs saatları azdırsa, birləşdirilərək stimullaşdırıcı tədbirlərlə məktəbə dəvət edilə bilərlər. Kişi müəllimlərin azlığı şagirdlərin psixologiyasına da təsir edir. Məktəblərdə 35 faiz kişi müəllimləri olmalıdır”, - deyə E.Süleymanov əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər