top
“Üzeyir Mehdizadə məni hədələmişdi ki, o videonu silməlisən” - “Cənab Ülvi” ilə MÜSAHİBƏ 
11 fevral 2025, 06:45
- ↺ +

“Üzeyir Mehdizadə məni hədələmişdi ki, o videonu silməlisən” - “Cənab Ülvi” ilə MÜSAHİBƏ 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lent.az-ın növbəti müsahibi sosial şəbəkələrdə "Cənab Ülvi" adı ilə tanınan bloqer Ülvi Əliyevdir.

- Cənab Ülvi kimdir?

- Sosial şəbəkələrdə "Cənab Ülvi" adı ilə tanınıram. Əslində, ilk başda "Mister Ülvi" təxəllüsünü seçmişdim. Sonradan düşündüm ki, niyə elə öz dilimizdəki "cənab"dan istifadə etməyim? Düşünürəm ki, bu cür daha orijinaldır.

- Özünü hansı peşənin sahibi olaraq təqdim edirsən və bu işə necə başlamısan?

- Özümü bloqer kimi təqdim edirəm. Bu işə 15 yaşımda başlamışam. İlk dəfə “Istagram”, ardınca “Youtube”, sonra isə “TikTok” səhifələri açmışam və xeyli kütlə toplamışam. Bir gün “TikTok”da mənim adıma açılmış 175 minlik səhifə göndərdilər. Düşündüm ki, niyə özüm öz səhifəmi işlətməyim? Bu düşüncə ilə “TikTok” hesabı açdım və adıma açılmış bütün səhifələri platformadan sildirdim.

- Əvvəlki videolarınla indi çəkdiklərinin kontenti arasında hansı fərqləri görürsən?

- İlk başlayanda "Xaricilərdə-Bizdə" kontenti əsasında videolar çəkirdim. Məsələn, hansısa bir hadisəyə xarici ölkələrin vətəndaşları necə reaksiya verirlər? Bəs bizdə vəziyyət necədir? Bunları müqayisə edirdim.

- Bu kontentdə bir neçə video izləmişəm və hamısında xaricilər təriflənir, bizimkilər isə tənqid olunur. Elə bir hal yoxdurmu ki, biz xarici vətəndaşlara örnək kimi göstərilək?

- Haqlısınız, bu mövzuya da toxunmaq olar ki, bizdə yaxşı nələr varsa, onlar da təqdim edilsin. Amma mən çəkməmişəm. Əslində, bu meyarları tənqid etməkdə kifayət qədər haqlıdırlar. Məsələn, ən çox izlənən videolarımdan birində ev heyvanlarının xarici vətəndaşlar tərəfindən özləri ilə saxlaması, ölkəmizdə isə böyük əksəriyyətin buna qarşı çıxmasını göstərmişəm və belə olduğunu düşünürəm.

- Cəmiyyətin mənfilərini öz üslubunda ironiya ilə çatdırırsan. Düşünürsənmi ki, yumoru başa düşməyənlər üçün pis örnək ola bilərsən?

- İndiki gənclərin 80 faizini danışdırsan, ən böyük arzuları "07" almaq, onun qabağını qaldırmaq, yanında qız otuzdurub yol polisini arxasına salmaqdı. İndiki gənclərin 80 faizi bu təfəkkürlə böyüyür. Düşünürəm ki, bunun başlıca səbəbi yanlış təbliğata səbəb olan musiqilərdi. Mən onsuz da təfəkkürün bu cür formalaşmasında bir o qədər təsir göstərmirəm. O qədər kənar təsirlər var ki, mənim çəkdiyim videolar onların yanında toya getməlidi.

- Etdiyin parodiyalara görə kimdənsə təhdid görmüsənmi?

- Bir dəfə avtovağzalda Məzahir adlı taksi sürücüsü məni döymək istəyirdi. Deyirdi ki, sən niyə məni yamsılayırsan, məni hardan tanıyırsan. Mağaza adı ilə aradan çıxmışdım. Gördüm ki, o insanın formalaşmış əqidəsi yoxdu. Mən onu hardan tanıyacam ki? Sadəcə, o adam özünü həmin obrazda tapmışdı deyə düşünürdü ki, mən həqiqətən onu tanıyıram. Hər kəs özünü yaxşı tanıyır. Hamı öz içində bilir ki, özü hozudu, heyvandı, ulaqdı, mədənidi, ya nədi. Mən inanıram ki, elə adamların dost-tanışı ona həmin videoları göndərir ki, bax, bu sənsən. O da özündən çıxır. Məsələn, mənim "Qaqli" obrazım da çox sevilir. Şəhərdə görürəm ki, həmin "qaqa"lar gəlib mənimlə elə öpüşüb-görüşürlər ki, elə bil, "Pristupni Mir"də nüfuzlu bir adamam. Deyirlər ki, bizi əla parodiya edirsən. Sağollaşanda da məndən siqaret pulu istəyirlər. Bəziləri də uzaqdan elə baxır ki, elə bil, bu dəqiqə gəlib məni döymək istəyir. Onların sosial şəbəkədə olan qeyrətləri real həyatda yoxdur. Əgər o qeyrətin yarısı onlarda olsaydı, ailələrinin qədrini bilərdilər.

Bir dəfə də Üzeyir Mehdizadənin mahnısını parodiya etmişdim, məni hədələmişdi ki, o videonu silməlisən. Halbuki, Üzeyir Mehdizadəni sosial şəbəkələrdə palçıq ediblər, onlara gücü çatmır, gücü elə çatır mənim kimi bir gəncə. Tək məni yox, mənim dostlarımı da narahat eləməyə başladı. Hamıya zəng edib hədə-qorxu gəlirdi ki, Ülviyə deyin, o videonu silsin. Yoxsa, yaxşı olmayacaq. Mən də məcbur qalıb videonu sildim. Hüquqi cəhətdən ondan çəkinmirdim, sadəcə üstümə şiddətlə gəlirdi deyə baş ağrısı olsun istəmədim. Üzeyir Mehdizadə mənə görə sənətçi deyil.

- Son zamanlarda "TikTok"da əməliyyatlar gedir...

- Bunların çox səbəbləri var və bəziləri haqqında heç danışmaq belə istəməzdim. Amma sosial şəbəkələrdə söyüş söyənləri yaxşı ki, həbs ediblər. İndi görürəm ki, azalıblar. Baxırsan ki, o adamın minimum 10-15 min izləyicisi var. Bu adam canlı yayım açıb, söyüş söyür. Bugünkü günümüzdə bizim ailəmizdə kimsə söyüş söysə, biz bunu qəbul etmərik. Bu adam canlı yayımda söyüş söyəndə onun ailə üzvləri də bunu görürlər. Sizcə, həmin o adam ailəsinə hörmət edir? Bəlkə də mən onun ailəsinin yanında söyüş söysəm, mənə bir şey deməyə haqqı yoxdur. Bunu etdiyini bütün ailə üzvləri, nəslindəki hər kəs görür. Deməli, o heç birinə hörmət etmir. Mən istəmərəm ki, mənim ailəm bunların söydüyü söyüşləri eşitsin. Blok edəndə hansı birini edəsən, adam bilmir. Sağ olsun DİN, onları cəzalandırır.

- “TikTok”da mərc saytlarının reklam olunması çox qabağımıza çıxır...

- Mərc saytlarını o vaxt 1 dəfə reklam etmişdim. Paylaşandan 5 dəqiqə sonra da dostum bunun qanunsuz olduğunu mənə izah elədi və sildim. İzləyicim az idi deyə, bəlkə də heç 200-300 nəfər görməmişdi. Amma hazırda da filmlərdə görürük ki, qanunsuz qumar saytlarını reklam edirlər.

- Bloqerlərin çoxu hansısa restorana gedib oranı yalandan tərifləyirlər...

- Mən heç vaxt belə etməmişəm. Amma bunu edən tanışlarım var. Adamlar var ki, restoranla anlaşır, reklamını edir, günorta yeməyini hər gün gedib həmin restoranda yeyir.

Son olaraq demək istəyirəm ki, bəsdirin, ətrafınıza dost-tanışınızı, qohumlarınızı toplamısınız. Bir az da istedadlı gənclərə yol açın. Belə davam etsəniz, ölkədə incəsənət deyilən bir şey qalmayacaq...

Son xəbərlər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Oxşar xəbərlər