Paytaxtın Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivində və Şərifzadə küçəsində yeni su xətləri yaradılır. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Ümumi uzunluğu 2,6 km olan su borusu çəkilib, 990 mənzil su ilə təmin olunub. Daha sonra layihə çərçivəsində mövcud nasos stansiyasına yeni nasoslar quraşdırılacaq.
Sovet dövründə tikilmiş yaşayış binalarının su təchizatı sistemləri şaxtalarda quraşdırıldığından və uzun müddətdir istismar olunduğundan bəzən borular zədələnir, mənzillərə su sızırdı. Həmçinin sayğacların mənzillərin daxilində olması bəzi hallarda uçotun düzgün aparılmasında problemlər yaradırdı.
“Azərsu” ASC tərəfindən Abşeron yarımadası və regionlarda 6000-dən çox yaşayış binasının su təchizatı sistemləri yenidən qurulub.
[caption id="attachment_66859" align="alignnone" width="800"]
Foto Azərsu ASC-nin rəsmi saytı[/caption]