top
Yayılan virus infeksiyası haqqında nə bilirik? –  ÖZƏL AÇIQLAMA
15 fevral 2025, 08:30
- ↺ +

Yayılan virus infeksiyası haqqında nə bilirik? –  ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər insanlar arasında koronavirusdan da ağır virus infeksiyası yayılıb. İmmunitet sisteminin zəifləməsi, hava şəraitinin dəyişməsi və insanların daha çox qapalı məkanlarda olması virusların daha sürətlə yayılmasına şərait yaradır.

Bəs görəsən, yayılan virus infeksiyasının mənşəyi nədir, onu necə adlandırmalıyıq?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı doktor Vasif Əliyevin sözlərinə görə, yaranmış vəziyyətə konkret bir virusun səbəb olduğunu demək düzgün deyil:

“Virusun adını müəyyənləşdirmək üçün ilk növbədə test olunmalıdır. TƏBİB və Səhiyyə nazirliyi hansı virusun yayılması barədə açıqlama verməlidir. Bu, qrip, koronovirus, koronovirusun başqa ştamları və ya digər respirator viruslar da ola bilər. Amma əhali arasında yayılan bu cür xəstəliyin dəqiq hansı virus ilə bağlı olduğunu bilmək üçün mütləq testlər aparılmalıdır. Testlərdən sonra artıq müəyyən oluna bilər ki, ölkədə hazırda hansı virus yayılıb. Qış mövsümündə bütün respirator infeksiyalar qrip, koronovirus, renovirus və digər xəstəlik yarada bilər. Hər bir insan immun sistemindən asılı olaraq xəstəliyi fərqli formada keçirə bilərlər”.

Həkim-terapevt Abbas Bağırov isə əlavə edib ki, hər il qış fəslində mövsümü xəstəliklərin ortaya çıxmasını müşahidə edirik:

“Bu dəfə də yuxarı tənəffüs yolları xəstəliklərinin artdığını görürük. Əvvəlki dövrlərdə yalnız qrip virusu haqqında düşünürdüksə, indi isə rotavirus, adenovirus, metapneumovirus, koronovirusun mutasiyaya uğramış daha zəif formaları müşahidə olunur və hər birinin özünəməxsus kliniki əlamətləri patoloji gedişata səbəb olurlar. Bəzilərində ikili yoluxma halları müşahidə olunsa da, Səhiyyə nazirliyinin verdiyi statistik məlumatlara görə, metapneumovirus Azərbaycanda müşahidə olunmayıb. O virus dünyada təşviş yaratmaqdadır.

Viruslardan qorunmaq yolu izolyasiya olunmaqdır. Yanaşı gedən xəstəliklər varsa, profilaktik müalicələr aparmaq lazımdır ki, immun sistemə təhdid yaratmasın. İmmunitetin davamlılığı bədənin dözümlülüyünü qoruyur. Əgər immun sistemdə zəifləmə varsa, həkimə müraciət olunmalıdır. Özbaşına evdə müalicə aparılmamalıdır. Allergik, diabet, ürək-qan damar sistemi, yuxarı və aşağı tənəffüs yollarının hər hansı bir xəstəlikəri olan şəxslər mütləq diqqətli olmalıdırlar. Ən mühüm faktor isə immun sistemin qorunmasıdır”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər