Payaxtın Xəzər rayonu, Zirə qəsəbəsində iməcilik keçirilib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az OBA marketlər şəbəkəsinə istinadən xəbər verir.
Şirkətin və Ekologiya Nazirliyininin birgə təşkilatçılığı ilə “Təmiz dünya, sağlam həyat” şüarı altında keçirilən tədbirdə OBA marketlər şəbəkəsinin əməkdaşları qəsəbə sahillərində plastik və digər tullantıları təmizləyiblər.
Şəbəkənin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmlinin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.
[caption id="attachment_67449" align="alignnone" width="986"]
Foto OBA Youtube kanalından[/caption]