Şahmat üzrə Qadınlar arasında Avropa çempionatında təmsilçilərimiz liderliyi ələ keçiriblər. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az xəbər verir.
Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva 2 mərhələdən sonra maksimum bal toplayaraq ilk 3-lükdə qərarlaşıblar. Bundan əlavə, 2 idmançımız mərhələni ilk 30-luqda, 3-ü isə ilk 90 yerdə bitiriblər.
Yarış 31 avqust tarixinə qədər davam edəcək.