Binəqədi Gənclər Evində ödənişsiz şahmat dərslərinə start verilib. Bu haqda Binəqədi Gənclər Evi məlumat verib.
“Masaüstü oyunlar” klubu çərçivəsində hər həftənin I və III günü saat 14:00-da şahmat dərsləri keçiriləcək. Dərslərdə iştirak etmək üçün (012) 561 92 02 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, Binəqədi Gənclər Evində fəalliyyət göstərən klublarda iştirak ödənişsizdir.