Daha iki idmançımız İslam Həmrəyliyi Oyunlarında uğur qazanıb. Bu haqda BakuPlus.az Nərimanov Rayon Gənclər və İdman İdarəsinə istinadən bu gün, 19 avqust tarixində xəbər verir.
Ölkəmizi V İslam Həmrəyliyi Oyunlarında təmsil edən Nərimanov rayonunda fəaliyyət göstərən “888 Boxing Club”-ın kikboksçuları Elvin Ağayev gümüş, Aysu Devrişova isə bürünc medala sahib olublar.
Elvin Ağayev 86 kq, Aysu Devrişova isə 56 kq çəki dərəcələrində mübarizə aparıblar.
İdmançılarımızı təbrik edir, gələcək karyeralarında uğurlar arzu edirik!