Paytaxtın Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. 13 yaşlı qız ağır xəsarətlər alıb. Bu haqda bu gün, 16 fevral tarixində APA məlumat verib.
Nailə Abbaszadə “Sabunçu körpü”sünün üzərindən özünü atıb. Yaralı qız xəstəxanaya çatdırılıb. O, ağır kəllə-beyin travması və çox saylı sınıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.
İntiharın hansı səbəbdən törədilməsi istiqamətində araşdırmalar aparılır.