Bakıda qonşusunu bıçaqlayan şəxs tutulub. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
13 avqust tarixindən 30 yaşlı Elmir Quluyev yaşadığı fərdi evin qarşısında aralarında yaranmış mübahisə zəminində qonşusu 46 yaşlı Ədalət Nəbiyevi mətbəx bıçağı ilə xəsarət yetirib.
Keçirilən əməliyyat nəticəsində Elmir Quluyev saxlanılıb.