Bakının Yasamal rayonu, “20 Yanvar” dairəsində yol qəzası baş verib. Bu haqda bu gün, 25 may tarixində Lent.az məlumat verib.
“Kia” markalı avtomobilin sürücüsü dairəvi yolda yol nişanlarının qaydalarını pozub. Bu zaman “Hyundai” markalı avtomobil qaydanı pozan sürücünün avtomobilinə çırpılıb. Qəza nəticəsində “Kia”-nın sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.