Bakının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Metropolitendə Polis İdarəsinə verilən məlumata əsasən, noyabrın 20-də “28 May” metro stansiyasında bir nəfərin cibindən mobil telefon oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Almuradov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.