Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində ağac yaşayış binasının üzərinə aşıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə Mirmahmud Kazımovski küçəsi, 17-27 ünvanında qeydə alınıb. Sakinlərin sözlərinə görə, artıq 3-4 aydır ki, aşmış ağac binaya söykənmiş vəziyyətdədir.
"Heç bir qurum əməkdaşı gəlib vəziyyətlə maraqlanmayıb. Gözləyirlər ki, bədbəxt hadisə olsun, sonra tədbir görsünlər", – deyə onlar əlavə ediblər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/03/117.mp4"][/video]