Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi və ətraf ərazilərində oğurluq edənlər tutulublar. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
İlqar Zamanov və Fuad Qasımov 5 evdən, mağazadan və Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq etməkdə şübhəli bilinirlər.
Onlar barəsində cinayət işləri başlanıb. Araşdırmalar davam edir.
[caption id="attachment_91510" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]