Bakıda ailə üzvlərini öldürən gəncin məhkəməsi keçirilib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
5 ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İclasda dövlət ittihamçısı Əhməd Əhmədovun ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsini tövsiyə edib.
Dövlət ittihamçısı qərarı elan etdikdən sonra hakim Əhməd Əhmədovdan özünü təqsirli bilib-bilmədiyini soruşub. Əhməd Əhmədov törətdiyi əməli etiraf edib, lakin ifadə verməkdən imtina edib.
Növbəti məhkəmə iclası 23 iyula təyin olunub.