Yasamal rayonunda marşrut avtobusunda tüstülənmə olub. Bu haqda 12 fevral tarixində APA məlumat verib.
Zivərbəy Əhmədbəyov küçəsində "Faiqoğlu MMC"-yə məxsus 10-TH-305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub. Sürücünün müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.
Hadisə zamanı avtobusda olan sərnişinlər dərhal təxliyə olunub. Qəza zamanı xəsarət alan olmayıb.