Bakının Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 26 aprel tarixində APA məlumat verib.
Minik avtomobili yolu keçən 21 yaşlı Eliza Həsənovanı vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qız cərrahi əməliyyat edilərkən dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.