Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
M.Muxtarova yaşadığı evin zirzəmisində xeyli miqdarda sirkə turşusu içib. O, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının dediyinə görə, müayinə zamanı M.Muxtarovaya “beyin quruması” diaqnozu qoyulub. Həmin vaxtdan sonra onda psixoloji problemlər yaranıb.
Faktla bağlı araşdırma aparılır.