Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi narkotik vasitələrin dövriyyəsinin qarşısını almaq məqsədilə əməliyyat keçirib.
Bu barədə Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, 44 yaşlı Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin dövriyyəsini həyata keçirib. O, saxlanılan zaman ondan 2 kiloqram heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşının vasitəsilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.