Paytaxtın Sabunçu rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 7 fevral tarixində APA məlumat verib.
Məlumatda qeyd edilir ki, 27 yaşlı Ağalar Məmmədəliyev aeroport şosesinin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Piyada qasıq sümüyünün sınığı diaqnozu ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.