Paytaxt ərazisində yol qəzası baş verib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Hadisə aeroport yolunda qeydə alınıb. “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman “Jeep” markalı nəqliyyat vasitəsinə çarpılıb. Xəsarət alan olmayıb.
Hazırda araşdırmalar aparılır.