Hava limanında kompüter, planşet, səs gücləndiricisi və müxtəlif markalı mobil telefon aksesuarlarının qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumat verir.
DGK-nin Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında şirkət ünvanına göndərilmiş mallara gömrük bəyannaməsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra baxış keçirilib.
Baxış zamanı bəyannamədə qeyd olunmayan və qutularla eynilik təşkil etməyən, malları digər malların zahiri görünüşündən istifadə etməklə gizlədilən 6 “Apple İpad Pro” markalı planşet, 26 “Apple MacBook” markalı kompüter, 15 “Apple” markalı yükləyici, 500 müxtəlif markalı mobil telefonlara məxsus ekran və 10 batareya, 100 “JBL GO3” markalı səs gücləndiricisi aşkar edilib.