Polis şöbəsində arvadını öldürən şəxsin apellyasiya şikayətinə baxılıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Oxu.az-a isinadən xəbər verir.
Sabiq polis serjantı İsmayıl Məmmədovun cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb. Bundan əlavə, təqsirkarın zərərçəkmişin varisinə ödəməli olduğu məbləğ 10.000 AZN-ə qaldırılıb.
30 sentyabr 2021-ci ildə polis əməkdaşı şöbədə arvadını güllələyərək öldürmüşdür. Buna görə o, 18 il müddətinə azadlıqdan məhrum edilmiş və 8000 AZN cərimələnmişdir. Bundan razı olmayan təqsirkar qərarı şikayət etmişdir.