Bakıda baş verən yol-nəqliyyat hadisəsində 3 dost həyatını itirib. Bu haqda BakuPlus.az Baku Tv<-yə istinadən bu gün, 27 iyun tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində “BMW” və “VAZ” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 30 yaşlı Rüstəm Musayev, onun dostları Orxan Ələkbərov və Həsən Cavadov həlak olublar. “BMW”-nin sürücüsü Sahil Xəlilov isə yaralanıb.
Ölən 3 gəncin Bakının Zabrat qəsəbəsində eyni məhəllədə yaşadıqları bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qəzanın görüntülərini təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/06/videeooo.mp4"][/video]