Paytaxtın Nizami rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bakı şəhər sakini Ə.Əliyev iki avtomobildən mobil telefon və maqnitofon oğurlamaqda şübhəli bilinir. Saxlanılan zaman onun üzərindən metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam edir.