Yasamal rayonu, Azərbaycan Dövlət Akademik Dram Teatrının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Bakuplus.az-a məlumat bu gün 30 noyabr tarixində daxil olub.
Mərkəzi parka gedən yolunda iki “KİA” markalı avtomobil toqquşub. Maşınlardan birinin sürücüsü toqquşmadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarındakı qazona çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Xəsarət alan olmayıb. Hər iki avtomobilə maddi ziyan dəyib.
[URIS id=16466]