Son sutka ərzində Paytaxt ərazisində 3 yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 27 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xətai rayonunda ümumi sahəsi 200 kv.m 8 yanaşa mağazanın dam örtüyü 60 kv.m sahədə yanıb. Digər tikililərə zərər dəyməyib.
Digər hadisə eyniadlı rayonda çoxmərtəbəli yaşayış binasının zirzəmisində baş verib. 40 ədəd sayğac və kabel kül olub. Binanın digər hissələri yanğından mühafizə olunub.
Daha bir yanğın Abşeron rayonunun Hökməli qəsəbəsində 25 kv.m olan birmərtəbəli ev tamamilə yanıb. FHN əməkdaşları tərəfindən yanğın söndürülüb.