"Qərbi Çıraq" platformasının yaxınlığında olan gəmidə yanğın olub. Bu haqda bu gün, 31 iyul tarixində sosial şəbəkələrə istinadən Bakuplus.az məlumat verir.
Yanğın gəminin mühərrikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.
Gəmidə olan işçilər digər bir gəmiyə təxliyə ediliblər. Gəminin mexanikinin və başqa bir nəfərin də yanıq xəsarətləri aldığı bildirilir.
Yanğının səbəbləri hələlik məlum deyil. Aidiyyəti qurumlar hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.