Paytaxtın Yasamal rayonunda 10 il əvvəl baş vermiş qətlin üstü açılıb. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Zöhrab Şirinov 10 oktyabr 2012-ci ildə qonşusu Сəfər Axundovla birlikdə rayon ərazisindəki evlərin birində narkotik qəbul edib. Daha sonra Z.Şirinov qonşusunun narkotik təsiri altında hərəkətsiz qalmasından istifadə edib və keçmişdə aralarında baş vermiş mübahisəni bəhanə edərək onu döyməyə başlayıb.
Aldığı zərbələrdən dünyasını dəyişən Cəfər Axundov qatili tərəfindən avtomobilinə mindirilib və Qurd qapısı ərazisindəki qəbiristanlığa aparılıb. C.Axundovun artıq dozadan ölməsi təəssüratını yaratmaq üçün Z.Şirinov onun cibinə narkotik və şpris yerləşdirib.
Faktla bağlı cinayət işi bərpa olunub. Araşdırmalar davam edir.