Paytaxtın Yasamal rayonunda qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlanıb. Bu haqda bu gün, 28 dekabr tarixində Dövlət Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən köşklərdən birində ümumilikdə 43 adda 115.720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.