Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 9 may tarixində xəbər verir.
Sabunçu rayon ərazisində iki evdən 650 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 2 şəxs - Babək rayon sakini İ.Abdullayev və Culfa rayon sakini E.Məmmədov saxlanılıblar.
İstintaq tədbirləri davam edir.